Rauf Əliyev: Bizim üçün başqa cür qol vurmaq çox çətindir
11.02.2011 - 16:14
“Macarıstanla matçda əsas heyətdə yer almamağım baş məşqçinin fikridir. Millimizdə yeni hücumçu vardı və Berti Foqts onu yoxlamaq istəyir. Bəlkə də bu səbəbdən Foqts məni ikinci hissədə meydana buraxdı”. Bunu apasport.az saytının Dubaya ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan yığmasının hücumçusu Rauf Əliyev deyib.
Son vaxtlar yaxşı formada olan 22 yaşlı futbolçu Macarıstana Dubayda 0:2 hesabı ilə uduzduğumuz yoldaşlıq görüşündə fasilədən sonra dərhal meydana çıxdı. Debütant Murad Hüseynov ilk 45 dəqiqədə yaxşı təsir bağışlamadığından, komanda yoldaşları ilə anlaşmaqda çətinlik çəkdiyindən, baş məşqçi Berti Foqts onu Raufla əvəzlədi: “Ancaq ilk dəqiqələrdən ehtiyatda qalmağım baş məşqçinin fikridir. Murada gəlincə, başqasının oyununu təhlil etmək yaxşı alınmaz. O da futbolçudur”.
Əliyev Macarıstanla görüşdə komandamızın oyunundan razı qalmayıb: “Komanda çox da yaxşı təsir bağışlamadı. Rəqib Avropada yaxşı oyun göstərən komandalardan biridir. Özümüzün oyunu çox zəif alındı. Əsas da hücumda təhlükəli vəziyyətlər yarada bilmədik, qol epizodlarımız az oldu”.
Raufun “Qarabağ”da da birgə oynadığı oyun qurucusu Elvin Məmmədovla tandemi yaxşı alınır: “Əlbəttə, orta sahədəki futbolçularımız dağıdıcı oyun göstərirdilər. Yaradıcılıq baxımından problem vardı. Bəlkə də Elvinin oynamağı daha üstün olardı. Komanda daha çox hücum edir, dəqiq ötürmələr çox olardı. Ancaq yaradıcı futbolçusuz oyunumuz alınmadı. Belə olan halda, hücumçuya qol vurmaq, təkbaşına rəqib müdafiəçilərini aldadıb, fərqlənmək çətindir. Üstəlik, belə ölkələrə qarşı oynayanda daha çətin olur”.
Futbolçunun fikrincə, güclü yarımmüdafiə xətti olmayanda yalnız ani epizodlarda ötürmə alanda, yaxud standart vəziyyətlərdən qol vura bilərsən: “Bizə başqa cür qol vurmaq çox çətindir. Macarıstanla oyunda da hiss olunurdu ki, yarımmüdafiədə ötürmə yox idi. Ola bilər ki, Belçika ilə səfərdə müdafiəyə meylli oyun göstərəcəyimizdən, bu oyun modeli sınanırdı. Bəlkə həmin görüşdə də əsas heyətdən kənarda qaldım. Həmin səfər oyununda bizə heç-heçə bəs etdiyindən, bu futbolu oynaya bilərik. Bu, Belçika ilə görüşə son hazırlıq idi”.
Mehman SÜLEYMANOV

0
0