15 ölkə, 15 klub, 33 məşqçi və ukraynalıların hegemonluğu
11.02.2011 - 16:26
15 ölkə, 15 klub, 33 məşqçi və ukraynalıların hegemonluğu
Azərbaycan Premyer Liqasının XX turu 2 əcnəbi baş məşqçinin debütü ilə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, latviyalı Aleksandr Starkov “Bakı”nın “sükanı arxasında” ilk matçına çıxacaqsa, türkiyəli Naci Şensoy karyerasında 3-cü dəfə “Turan”da “siftə” edəcək.

Bu məşqçilər Azərbaycan futbol tarixinə ilk və hələlik son əcnəbi çalışdırıcı kimi düşüblər. 2002-ci il fevralında Tovuz təmsilçisinə dəvət olunan Şensoy klublarımızın əcnəbi çalışdırıcıları siyahısına ilk mütəxəssis kimi düşüb. Starkov isə sonuncu debütant olacaq. Şensoydan Starkova qədər olan dövrə nəzər salmaq maraqlı olardı.

15-ci ölkə
Starkov Azərbaycan klublarında çalışan ilk latviyalı kimi tarixə düşəcək. Ona qədər bu ölkədən olan mütəxəssislər klublarımıza gəlməyib. Komandalarımız yalnız 15 ölkədən baş məşqçi gətirib ki, Türkiyə və Ukrayna digərləri ilə müqayisədə aşkar liderdir.

Türkiyə - 8
Ukrayna - 7
Gürcüstan - 3
Almaniya - 2
Bosniya və Herseqovina - 2
Serbiya - 2
Çexiya - 1
Fransa - 1
İngiltərə - 1
Latviya - 1
Litva - 1
Makedoniya - 1
Moldova - 1
Rumıniya - 1
Xorvatiya – 1

15 klub üçün
Əvvəllər Qyoko Hacıyevski, Bülənt Korkmaz, Cüneyt Biçər və Vinfred Şaferi baş məşqçi postuna gətirən “Bakı” üçün Starkov 5-ci əcnəbi mütəxəssisdir. Bununla da, paytaxt təmsilçisi “İnter” və “Xəzər Lənkəran”a şərikli liderliyə son qoyub. Belə ki, Starkova qədər hər 3 komandanın tarixində 4 legioner baş məşqçi var idi.

“Bakı” – 5
“İnter” - 4
“Xəzər Lənkəran” – 4
“Gənclərbirliyi” – 3
“Neftçi” – 3
“Standard” – 3
“Turan” - 3
AZAL – 2
“Muğan” – 2
“Simurq” – 2
“Karvan” – 1
“Masallı” – 1
“MKT-Araz” – 1
“Qarabağ” – 1
“Qəbələ” – 1

33-cü mütəxəssis
Baş məşqçilərin ölkələr üzrə siyahısından Azərbaycan klublarında 32 əcnəbi məşqçinin işlədiyi, Starkovun isə 33-cü olacağı aydın görünür. Lakin klubların siyahısında bu rəqəm fərqlidir. Bu da 3 mütəxəssisin müxtəlif vaxtlarda 2 komandaya rəhbərlik etməsi ilə bağlıdır. Rasim Kara “Xəzər Lənkəran” və “Qarabağ”ı, Kaxaber Sxadadze “Standard”la “İnter”i, Qyoko Hacıyevski isə “Bakı”yla “Simurq”u çalışdırıb.

Şensoy 3-cü təyinatını alsa da, hər dəfə “Turan”la anlaşıb. Elə Kara da 2 dəfə baş məşqçi vəzifəsinə təyin edilib. 2 dəfə Lənkəran təmsilçisinə, 1 dəfə “Qarabağ”ın “sükanı arxasına” keçən türkiyəli bu mənada rekordçudur.

Ukraynalıların rekordları
Azərbaycan Premyer Liqasında Starkovadək 32 gəlmə mütəxəssis çalışsa da, onlardan yalnız səkkizi 50 oyun həddini aşa bilib. Mütləq rekord isə “Simurq”un sabiq çalışdırıcısı Roman Pokoraya məxsusdur. Onu keçməyə ən real namizəd – karyerasını Azərbaycanda davam etdirənlər arasında ən yaxşı olan Kaxaber Sxadadzedir.

Roman Pokora - 108
Rasim Kara - 82
Valentin Xodukin - 80
Kaxaber Sxadadze - 77
Qyoko Hacievski - 70
Naci Şensoy - 51
Anatoli Konkov - 50
İqor Nakoneçnı - 50

Qələbə sayında isə Pokoranın həmyerlisi - “İnter”in sabiq baş məşqçisi Valentin Xodukin rekord sahibidir. O, 50-ci qələbəsini görən yeganə əcnəbi mütəxəssisdir. Xodukini də xələfi Sxadadze keçə bilər. Lakin bu, ən yaxşı halda növbəti mövsüm gerçəkləşə bilər. Ən azı 30 qələbə qazanmaq isə 6 legionerə nəsib olub.

Valentin Xodukin - 51
Rasim Kara - 43
Roman Pokora - 42
Kaxaber Sxadadze - 38
Qyoko Hacievski - 30
Naci Şensoy - 30

Premyer Liqada toplanan xalların sayında da elə Xodukin rekordçudur. O, həmyerlisi Pokoranı arxada qoya bilib. 100 xal həddini aşan 6 məşqçidən ilk 3-ü artıq xal hesabını artıra bilmirsə, Sxadadze, Hacıyevski və Şensoy irəliləmək niyyətindədirlər.

Valentin Xodukin - 171
Roman Pokora - 158
Rasim Kara - 146
Kaxaber Sxadadze - 133
Qyoko Hacievski - 108
Naci Şensoy - 102