“Qəbələ” “Liverpul”a böyük hesabla uduzdu
11.02.2011 - 16:47
“Qəbələ” “Liverpul”a böyük hesabla uduzdu
İngiltərənin Liverpul şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” klubunun 14 yaşadək futbolçulardan ibarət komandası növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, təmsilçimiz məşhur “Liverpul” klubundan olan həmyaşıdları ilə görüşüb. Futbolun yaradıcıları bu matçda böyük hesablı qələbə qazanıblar – 6:0.

Qeyd edək ki, “Qəbələ” bunadək “Mançester Yunayted”ə 0:3, “Everton”a 0:4 hesabı ilə uduzmuşdu.