Fasilə bitdi: Çempionluq və “altılığ”a düşmək uğrunda vacib oyunlar
11.02.2011 - 17:39
Fasilə bitdi:   Çempionluq və “altılığ”a düşmək uğrunda vacib oyunlar
Sabah Azərbaycan Premyer Liqasında 51 günlük fasiləyə son qoyulacaq. Apasport.az saytının məlumatına görə, güclülər dəstəsinin 12 iştirakçısının qış fasiləsindən necə yararlandığını, heyətlərini nə dərəcədə gücləndirdiklərini görmək imkanına malik olacağıq.

Sözsüz ki, əsas diqqət nəinki XX turun, ümumiyyətlə, çempionatımızın əsas oyunlarından “Neftçi” – “Xəzər Lənkəran” görüşünə yönələcək. Turnir cədvəlində ilk 2 yerin sahibi çempionluq yolunda çox vacib oyuna çıxacaq. Heyətini qoruyan “Neftçi” böyük dəyişiklərdən sonra yeniləşən “Xəzər Lənkəran”ı qonaq edəcək. “Ağ-qaralar” prinsipial rəqibindən ilk dövrədəki məğlubiyyətin əvəzini çıxarsa, xal fərqini 4-ə çatdıracaq ki, bu da qızıl medallar uğrunda mübarizədə böyük üstünlük olacaq.

Turun digər maraqlı oyunu da paytaxtda keçiriləcək. Turnir cədvəlində qonşu olan “Qarabağ”la “Qəbələ”nin görüşü “altılığ”a düşmək uğrunda böyük əhəmiyyət kəsb edir. “Qarabağ” qalib gələrsə, “altılığ”a düşməsini demək olar rəsmiləşdirəcək. Bu qələbə həm də “Bakı”nın işinə yarayacaq. Çünki “zolaqlılar” “Muğan”ı yenərsə, “Qəbələ”ni son 2 tur qalmış arxada qoyacaq. Bundan sonra hər şey “Bakı”nın əlində olacaq. Latviyalı yeni baş məşqçisi Aleksandr Starkovun debütü komandanın ölkə kubokundan oyun sonrası penaltilərlə mübarizədən kənarlaşdırdığı “Muğan”la görüşə təsadüf edəcək.

Xalları eyni olan AZAL-la “İnter” ilk “altılığ”a düşməməkləri xeyli vaxtdır dəqiqləşən “Gəncə” ilə “Simurq”u qonaq edəcək. MOİK-lə “Turan”ın görüşünü isə autsayderlərin qarşıdurması kimi xarakterizə etmək olar. “Turan” qalib gələrsə, təhlükəli zonadan uzaqlaşacaq. Bunu etmək vəzifəsi komandanın baş məşqçi postuna 3-cü dəfə gələn türkiyəli Naci Şensoyun üzərinə düşür.

12 fevral
13:30. MOİK - "Turan"
Hakimlər: Ramil Diniyev, Azad Q. Hüseynov, Habil Əliyev, Feyzulla Feyzullayev
Bakı. "Bakı" klubunun təlim-məşq bazasının stadionu

15:00. AZAL - "Gəncə"
Hakimlər: Elnur Muradov, Ramiz Əsədov, Munis Abdullayev, Əfqan Həmzəyev
Bakı. "Şəfa" stadionu

18:30."Bakı" - "Muğan"
Hakimlər: Anar Salmanov, Azər Əsgərov, Mübariz Haşımov, Elvin Əsgərov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

13 fevral
14:00. "Qarabağ" - "Qəbələ"
Hakimlər: Elçin Məmmədov, Roman Vasilyev, Mehman Mahmudov, Rauf Cabbarov
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

16:00. "İnter" - "Simurq"
Hakimlər: Rövşən Əhmədov, Elşən Acalov, Rza Məmmədov, Fuad Həsənov
Bakı. "Şəfa" stadionu

18:00. "Neftçi" - "Xəzər Lənkəran"
Hakimlər: Vüsal Əliyev, Elman Musayev, Vaqif Musayev, Əliyar Ağayev
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Turnir cədvəli

1

Neftçi

19

12

5

2

36-9

41

2

Xəzər Lənkəran

19

12

4

3

23-10

40

3

AZAL

19

9

7

3

26-14

34

4

İnter

19

10

4

5

17-13

34

5

Qarabağ

19

10

3

6

21-13

33

6

Qəbələ

19

8

6

5

19-10

30

7

Bakı

19

8

4

7

26-20

28

8

Gəncə

19

5

7

7

23-26

22

9

Muğan

19

5

5

9

11-22

20

10

Turan

19

2

6

11

14-29

12

11

Simurq

19

2

6

11

12-28

12

12

MOİK

19

1

3

15

6-40

6



Bombardir: Bahodir Nasimov ( Neftçi ) - 15