“Neftçi”nin futbolçusu Almaniyada əməliyyat olundu
11.02.2011 - 17:46
“Neftçi”nin futbolçusu Almaniyada əməliyyat olundu
Bakının “Neftçi" klubunun futbolçusu Amit Quluzadə cərrahiyə əməliyyatı olunub. Apasport.az saytının məlumatına görə, milli komandamızın düşərgəsindən birbaşa Almaniyaya yollanan gənc yarımmüdafiəçi orada uğurla əməliyyat keçirib. Quluzadə artıq 2 gün sonra Bakıya dönəcək. O, həkimlərin rəyindən, bərpa prosesini keçdikdən sonra fərdi məşqlərə başlaya biləcək.

Qeyd edək ki, Amit millimizin Dubaydakı toplanışına qatılsa da, zədə üzündən heyətdən kənarlaşdırıldı.