Vurğun Hüseynov: “Turan”ın futbolçusu olmaq mənə pis təsir edir
11.02.2011 - 18:43
“Açığı, Macarıstanla görüşə yaxşı başlasaq da, sonradan oyunumuz alınmadı. Gözləmədiyimiz qol buraxdıq və bundan sonra toparlanmağımız bir az gec oldu”. Bu fikirləri apasport.az saytının Dubaya ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan yığmasının müdafiəçisi Vurğun Hüseynov deyib.
Millimizdə baş məşqçi Berti Foqtsun dövründə debüt edən 22 yaşlı futbolçunun Macarıstanla yoldaşlıq görüşündə (0:2) start heyətində meydana çıxaraq, sona kimi oynaması diqqəti çəkən məqam idi. Özü də Hüseynov Rəşad Sadıqov kimi təcrübəli futbolçu ilə müdafiənin mərkəzində tandem təşkil edirdi: “Macarıstan yaxşı komandadır. Biz yaxşı oynaya bilmədik. 90 dəqiqə Rəşad Sadıqovun yanında oynadığım zaman elə bir sıxıntı yox idi. Rəşad təcrübəli futbolçudur. Sağ olsun ki, mənə dəstək olurdu. Yaxşı oynamağım üçün əlindən gələni edirdi. Məni necə oynamağı başa salırdı. Fərqi yoxdur, mən, yaxud komanda yoldaşım – hər birimiz yaxşı oynayıb, sona kimi mübarizə aparmağa çalışmalıyıq”.
Müdafiəçinin fikrincə, buraxdığımız qollarda anlaşılmazlığın nəticəsi olub: “İnşallah, gələcək oyunlarda bunları aradan qaldırarıq. Baş məşqçi rəsmi oyunlarda şans versə, özümü ən yaxşı tərəfdən göstərməyə çalışacağam. Bunun üçün məşqlərdə yaxşı çalışacağam. Foqts mənə şans versə, fikrimcə, etimadını doğrulda bilərəm”.
“Turan”ın kapitanı milliyə gələndə hansı klubunun oyunçusu olduğunu yaddan çıxarır: “Autsayder komandanın futbolçusu olmağım mənə pis təsir edir. Ancaq milliyə gəlirəmsə, klubu yaddan çıxardıram. Milli komandada ölkə üçün oynamalıyıq, klubu fikirləşməməliyik”.
Mehman SÜLEYMANOV

0
0