“Çelsi”nin köhnə eşqi yenidən alovlandı
12.02.2011 - 00:10
Fernando Torres və David Luiz transferləri ilə diqqətləri üzərinə çəkən "Çelsi"nin köhnə Kaka eşqi yenidən alovlanıb. Apasport.az saytının xəbərinə görə, əvvəllər də braziliyalı ulduzu almaq istəyən klub Kaka barəsindəki istəyini təkidlə davam etdirir.
İngiltərə mətbuatının yazdığına "Çelsi"nin sahibi Roman Abramoviç ulduz oyunçunun transferini gerçəkləşdirmək üçün ispan nəhənginin qapısını bir daha döyəcək. "Zadəganlar" Kaka üçün 30 milyon avro təklif etməyi planlaşdırır. "Milan"da Kaka ilə birgə çalışan "Çelsi" baş məşqçisi Karlo Ançelotti də köhnə yetirməsi ilə yenidən bir araya gəlməkdə istəklidi.
Xatırladaq ki, "Real" 28 yaşlı yarımmüdafiəçini 65 milyon avroya almışdı. Zədələr və uyğunlaşma probleminə görə la-liqada özünü elə də göstərə bilməyən Kakanın premyer-liqaya gedib-getməyəcəyi sual altındadı.

0
0