Hamının qanını qaraldan xəbər
12.02.2011 - 00:12
Hamının qanını qaraldan xəbər
“Barselona”nın təcrübəli stopperi Karles Puyolun zədə xəbəri komandada hər kəsin qanını qaraldıb. Apasport.az saytının xəbərinə görə, onun qarşıdakı 1 həftə ərzində oynaması mümkünsüz görünür.

İspan futbolçu yanvarda aldığı zədəni hələ də sağalda bilməyib. "Barselona"dan verilən açıqlamada komanda yoldaşlarının yığmaların düşərgəsindən qayıtmasına baxmayaraq, Puyolun hələ də məşqlərə çıxmadığı qeyd olunub.

32 yaşlı oyunçunun zədəli olması həftəsonu "Sportinq"lə keçirələcək qarşılaşmada meydanda olmasına imkan verməyəcək. Daha qorxulusu isə sözügedən oyunçunun Çempionlar Liqası 1/8 final mərhələsində "Arsenal"la görüşdə də çıxış edə bilmək şansının çox az olmasıdı. Onun bu matçda komandasına kömək edə bilməyəcəyi güman olunsa da, "Barsa" həkimləri səylə Puyolu çərşənbə günü "Emireyts" stadionundakı oyuna yetişdirməyə çalışırlar.