“Emin son dərəcə ağıllı olduğu üçün “Spartak”da oynaya biləcək”
12.02.2011 - 12:04
“Emin son dərəcə ağıllı olduğu üçün “Spartak”da oynaya biləcək”
Rusiyalı mütəxəssis Andrey Qordeyev azərbaycanlı futbolçu Emin Mahmudovun Moskvanın “Spartak” klubunda möhkəmlənmək perspektivinə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, Qordeyev “Saturn” klubunda oynadığı vaxtdan yaxşı tanıdığı gənc yarımmüdafiəçimizə inanır: “Mahmudov gənc olmasına baxmayaraq, son dərəcə ağıllı oğlan, futbolçudur. O, həmişə yerdə iki ayaq üstündə dayananlardandır. Bu, Eminə daim irəli getməyə kömək edir. Fikrimcə, o, yeni klubunda oynaya biləcək”.

Qeyd edək ki, “Saturn” ötən ilin sonunda dağılandan sonra Mahmudov sərbəst futbolçu kimi “Spattak”a, Qordeyev isə Donetskin “Metalluqr” klubunun baş məşqçi postuna keçdi.