“Bravo! Alternativimiz qalmadı”
12.02.2011 - 12:39
Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun Türkiyənin “Əskişəhərspor” klubundan ayrılması xəbəri azarkeşləri üzüb. Apasport.az saytının məlumatına görə, Superliqa təmsilçisinin saytında 29 yaşlı müdafiəçimizlə müqavilənin qarşılıqlı razılıqla pozulması haqda məlumat yerləşdiriləndən sonra fanatlar tərəfindən buna münasibət bildirilib. Onlardan biri hesab edir ki, Rəşadın gedişi yaxşı olmadı: “Mərkəz müdafiəçilərimiz Dieqo və ya Nadareviçin yoxluğunda sıxıntı yaşayacağıq”.
Digər azarkeş bu xəbəri normal qarşıladığını bildirib: “Rəşad Dieqo və Nadareviçin kölgəsində qalırdı və ilk “11-lik”də yer almağı haqq edən bir futbolçumuzdur. Çox görməsək də, sevdik səni. Bundan sonrakı futbol karyeranda uğurlar”.
Növbəti azarkeş klubun Sadıqova münasibətini istehza ilə qarşılayıb: “Bravo, mərkəz müdafiəçisində alternativimiz qalmadı...”.
Azarkeşlərinin birinin fikrincə isə bu iş hələn yanvarın 24-də bitibmiş: “Qarabağ”ın rəhbərliyi mövsümdə avrokuboklara çıxmağı hədəfləyib, onu çox istəmişdilər. Yolun açıq olsun, Rəşad”.
“Əskişəhərspor”un tənqid edən azarkeş Sadıqovla yolların ayrılması xəbərinə əvvəl ciddi saymayaraq, buna inanmaq istəməmişdi: “Ancaq nə yazıq ki gerçəkdir. Hücum xəttində olduğu kimi, müdafiədə də çatışmazlıqları hiss edəcəyik. Sadıqovu ilk “18-lik”də düşünmürdünüzsə, niyə dövrlərarası fasilədə göndərmədiniz? Görəsən bilmədiyimiz fərqli şeylərmi varmı deyə şeylər düşünməyə başladım. Məgər borc içərisindəyik ki, hər kəslə müqaviləni pozursunuz? Qoca “Əskişəhərspor”un heyətinin genişliyini düşünməyəcəkmi? Futbol sadəcə, futbol deyildir...”.
Qeyd edək ki, Rəşad ötən yay “Əskişəhərspor”dan keçdiyi “Qarabağ”a qayıdıb.

0
0