“Biz sübut edəcəyik ki, “Xəzər Lənkəran”ın vurduğu qol bir təsadüf idi”
12.02.2011 - 13:03
"Mən çox xoşbəxtəm ki, "Neftçi" kimi böyük bir klubun futbolçusuyam. "Neftçi" Azərbaycanın ən köklü klubudur”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Neftçi”nin futbolçusu Ruslan Qurbanov deyib.
Qış fasiləsində əsas komandanın hazırlığına cəlb edilən gənclər yığmamızın hücumçusu Premyer Liqamızın növbəti turu çərçivəsində “Xəzər Lənkəran”la sabahkı ev oyununda qələbəyə köklənib: “Neftçi”nin rəhbərliyinə və baş məşqçi Arif Əsədova öz dərin minnətdarlığımı bildirirəm ki, onlar mənə inanaraq, bu kluba dəvət etdilər. Burada gənclərə çox böyük önəm verilir. İndi komandamız ancaq "Xəzər Lənkəran"la oyuna köklənib. Bu oyunda qalib gələrək, revanş almaq istəyirik. Biz hamıya sübut edəcəyik ki, lənkəranlıların son dəqiqədə vurduğu qol bir təsadüf idi. Biz qələbə qazanaraq xal fərqimizi 4-ə çatdırmaq istəyirik".
Qeyd edək ki, “Xəzər Lənkəran” ilk dövrədə “Neftçi”nin son dəqiqələrdə vurduğu qolla 1:0 hesabı ilə yendi.

0
0