Azərbaycan millisinə qol vuran futbolçunu Fransada ağır cəzalandırdılar
12.02.2011 - 14:22
Azərbaycan millisinə qol vuran futbolçunu Fransada ağır cəzalandırdılar
Fransanın “Monpelye” klubunun türkiyəli futbolçusu Hasan Kabze ağır cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, “Qalatasaray” klubunda çıxışı ilə tanınan hücumçu 5 oyunluq diskvalifikasiya olunub. Buna səbəb Hasanın köməkçi hakimə qarşı həddən artıq aqressiv davranışı olub. Zədədən sonra “Monpelye”nin əvəzedici heyətində “Jardan”la oyunda meydana çıxan 28 yaşlı legioner əsəblərini cilovlaya bilməyərək, referiyə hücum edib və nəticədə Nizam-İntizam Komitəsinin cəzasına məruz qalıb.
Qeyd edək ki, Kabze 2006-cı ilin aprelində milli komandamızla Tofiq Bəhramov adına Respublika stadionunda yoldaşlıq görüşündə (1:1) vurduğu qolla Türkiyə yığmasını məğlubiyyətindən xilas edib.