Naci Şensoy: İlk qələbə, ilk münasibət
12.02.2011 - 16:20
Naci Şensoy: İlk qələbə, ilk münasibət
“MOİK-lə oyunda hər iki hissədə 2 yüz faizli qol imkanımız oldu. Ancaq bundan istifadə edə bilmədik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Tovuzun “Turan” klubunun baş məşqçisi Naci Şensoy deyib. Türkiyəli mütəxəssis 6 illik fasilədən komandanın sükanı arxasına qayıdışını bu gün MOİK-lə səfər oyununda 2:0 hesablı qeyd edib.

Görüş “Bakı” klubunun təlim-məşq bazasının meydançasında keçirildiyindən, Şensoy ora ilə yaxından tanış olmaq imkanı qazanıb: “Bakı”nın rəhbərliyinə Azərbaycan futboluna belə gözəl baza bəxş etdiyinə görə təşəkkür edirəm. Bu gün yaxşı meydançada oynadıq. Yeni komanda olduğumuzdan, müəyyən vaxta ehtiyacımız var. Yeni futbolçularımızda adaptasiya ilə bağlı problemlər var. Ancaq bu, növbəti oyunlarda aradan qalxacaq. Həmin vaxt daha yaxşı, baxımlı oyun nümayiş etdirəcəyik”.