“Onun-bunun arxasınca danışan insanlardan heç xoşum gəlmir” - MÜSAHİBƏ
13.02.2011 - 00:02
AZAL klubunun kapitanı Aqil Nəbiyevin apasport.az saytına müsahibəsi
- Hansı fəsli bəyənirsiniz?
- Hərəsinin öz gözəlliyi var. Onlar bir-birini tamamlayırlar. Buna görə də, hamısını bəyənirəm. Bir az payız aylarından xoşum gəlmir. Səbəbinə gəldikdə, həmin vaxt hava daha çox küləkli olur.
- Futbolçular daha çox qışı bəyənmirlər. Çünki həmin fəsildə hava şaxtalı olur. Bu da normal futbol oynamağa mane olur...
- Mənim üçün bunun heç bir fərqi yoxdur. Fəsillərin hamısını sevirəm. Sadəcə, payızdan küləkli olduğuna görə xoşum gəlmir.
- Necə düşünürsünüz, istədiyiniz nöqtəyə çatmısınızmı?
- Xeyr, hələ qət eləməli olduğum məsafə var. Ümumiyyətlə, futbolçu gərək heç vaxt öz oyunundan razı qalmasın. İndiki məqamda mən də öz çıxışımdan razı deyiləm.
- Hansı çatışmazlığınızı qeyd edə bilərsiniz?
- Hər bir futbolçunun çatışmazlığı olur. Mənim çatışmayan cəhətimi kənardan daha yaxşı görə bilərlər. Ancaq bu da faktdır ki, heç vaxt öz oyunumdan razı qalmamışam.
- Kapitan kimi komandanı tam ələ ala bilmisinizmi?
- Ələ almaq deyəndə, uşaqların hamısından razıyam. Güclü kollektivimiz var. Deyə bilmərəm ki, heyətimizdə ulduz futbolçular var.
- AZAL beynəlmiləl komandadır. Legionerlə kifayət qədər çoxdur. Bu baxımdan meydanda onlara söz demək, komandanı idarə etmək çətin deyil?
- Legionerlərimiz çox olsalar da, onlara elə də çox pul xərclənməyib. Əsas odur ki, yaxşı kollektivimiz var. Komandada “sarı”, “qara” oyunçularımız olsa da, hamımız eyni məqsəd uğrunda yarışırıq. Uşaqlar arasında ayrı-seçkilik yoxdur.
- Hansı baş məşqçinin rəhbərliyi altında çıxış etməyinizin sizin üçün çoxmu fərqi var?
- İnsanları seçmirəm. Ona görə də hansı baş məşqçinin rəhbərliyi altında oynamağımın heç bir fərqi yoxdur.
- Olubmu ki, məğlub olduğunuza görə əsəbi olasınız və müsahibə almaq istəyən jurnalistə yox cavabı verəsiniz?
- Qətiyyən. Gərək uduzmağı da bacarasan.
- KİV-lə aranız necədir?
- Normal. Heç vaxt problem olmayıb.
- Özünüzü oyunlara psixoloji cəhətdən necə hazırlayırsınız?
- Gərək oyuna ciddi hazırlaşasan. Bəziləri deyir ki, ciddi hazırlaşmaq problem yaradır. Ancaq mən tam fərqli düşünürəm. Təkliyi xoşlayıram. Toplanış zamanı otaqda tək qalıram. Yanımda başqa adam qalanda yaxşı dincələ bilmirəm. Amma tək olanda normal yatıram, dincələ bilirəm.
- Adətən təkliyi sevən insanların bədbinliyə qapıldığını düşünürlər...
- Bədbinliklə əlaqəsi yoxdur. Yığmada olan vaxt otaqda iki nəfər də qalmışıq. Təkliyi sevməyimin səbəbi həssas olmağımla bağlıdır. Hərənin bir cür xasiyyəti var. Kimi tez, kimi də gec yatır. Otaqda səs olan kimi yuxudan ayılıram. Buna görə tək qalmağa üstünlük verirəm.
- Gəzməklə aranız necədir?
- Çox yaxşı. Boş vaxt tapan kimi, gəzməyə üstünlük verirəm.
- Sonuncu dəfə hara getmisiniz?
- Fasilə zamanı komanda yoldaşlarımla birgə Dubaya yollandıq. Tarixi yerləri də ziyarət etməyi sevirəm. Ancaq Dubayda tarixi yerlər demək olar, yoxdur. Bu şəhər yeni salınıb.
- Sirdaşınız varmı?
- Xeyr.
- Sirrinizi deməyə qorxursunuz?
- Qapalı insan deyiləm. Sadəcə, hər insana da güvənmək mümkün deyil.
- Ancaq sirr, dərd bölüşdürüldükdə, yüngülləşir...
- Pis mənada qəbul etməsinlər. Oturub söhbət edirik, danışırıq. Ancaq sirrimi heç kimlə bölüşmürəm.
- Səmimi insansınızmı?
- Bəli. Nəyim var üzdədir. Onun-bunun arxasınca danışan insanlardan heç xoşum gəlmir. Səmimi olmaq yaxşıdır. Sadəlik hər şeydən üstündür.
- Mətbəxlə aranız necədir?
- Əla, yemək bişirməyi bacarıram. Ailəm yanımda olmayanda, yeməyi özüm hazırlayıram.
- Hansı yeməyi xoşlayırsınız?
- Plovu daha çox sevirəm. Maraqlıdır ki, sevdiyim yeməyi hazırlaya bilmirəm. Qalan yeməkləri bişirirəm.
- Daha çox hansı yeməyi bişirirsiniz?
- Toyuqdan hazırlanan yeməklərə üstünlük verirəm.
- Məqsədin nədir?
- Çempion olmaq istəyirəm. Komandamız buna yaxındır. İlk “altılıq”a düşdükdən sonra, komandamızın avroliqaya vəsiqə qazanacağına inanıram.
- Filmlər izləyirsiniz?
- Aram yoxdur. Ancaq öz filmlərimizi izləyirəm. Səbrim çatmır.
- Reallığı tez qəbul edirsiniz, yoxsa xəyallara dalırsınız?
- Əlbəttə, reallıqla barışmaq lazımdır.
- Qardaşınız hücumçu olub. Səhvinizdən qol vuranda neynirdiniz?
- Nadir futbolda ən böyük dəstəyim olub. Bu səviyyəyə yüksəlməyimdə onun əməyi danılmazdır. Ancaq idmanda qardaş, əmioğlu olmur. Həm də Nadir səhvimdən qol vurmayıb.
- Ona qarşı sərt oynamısınızmı?
- Hər zaman. Gərək meydanda formasını geyindiyin klub üçün çalışasan. Qardaş, dost söhbəti yığışdırılmalıdır.
- Ailəcanlısınız?
- Təbii ki.
- Toplanışda olan vaxt ailəniz üçün darıxırsınızmı?
- Əlbəttə, darıxırıq. Ancaq bu da bizim işimizdir. Dözməliyik. Futbolu qurtardıqdan sonra onlara o qədər zaman ayıracağıq ki...

0
0