Aleksandr Starkov: Buraxdığımız qol oyunumuza təsir etdi
12.02.2011 - 22:55
Aleksandr Starkov: Buraxdığımız qol oyunumuza təsir etdi
Premyer Liqanın XX turunun ilk oyun gününə "Bakı" - "Muğan" qarşılaşması ilə yekun vuruldu. Apasport.az saytının xəbərinə görə, 1:1 hesablı heç-heçədən sonra baş məşqçilər oyunla bağlı fikirlərini açıqlayıblar.

Bəhmən Həsənov ("Muğan"): "Rəqib fiziki cəhətdən çox güclü idi. İlk hissədə oyunumuz alınmadı, lakin ikinci hissədə təşəbbüsü ələ aldıq. Fikrimcə, hesab oyuna görə idi. İlk dövrədəkindən fərqli "Bakı" seyr etdik".

Aleksandr Starkov ("Bakı"): "İlk hissədə yaxşı oynadıq, ikinci qolu da vura bilərdik. Buraxdığımız qol bizim oyunumuza təsir etdi. Lakin ikinci hissənin ortalarından sonra yenə də üstünlüyü ələ keçirdik, fərqlənə bilərdik. "Muğan" asan rəqib deyil, hər iki hissədə əks-hücumda oynadılar”.