Azərbaycanlı futbolçu “Blekbern”ə qol vurdu
13.02.2011 - 11:29
Azərbaycanlı futbolçu “Blekbern”ə qol vurdu
“Qəbələ”nin 14 yaşadək futbolçulardan ibarət komandası İngiltərə turnesi çərçivəsində növbəti oyununu keçirib. Komandanın mətbuat xidmətindən apasport.az saytına verilən xəbərə görə, bu dəfə əyalət təmsilçisinin rəqibi “Blekbern Rovers” olub.

“Qəbələ” qarşısına matçın ilk hissəsində 14 yaşlılarını çıxaran ingilislər, ikinci hissədə meydançaya 15 yaşlı futbolçularını buraxıblar ki, bu da oyunun nəticəsinə təsirsiz ötüşməyib. 5 gündə dördüncü oyununu keçirən azyaşlılarımız bu dəfə də məğlubiyyətlə barışmalı olublar – 1:6. “Blekbern Rovers”in qapısından yeganə qolu Roman Hüseynov keçirib.

Xatırladaq ki, “Qəbələ” səfəri çərçivəsində son oyununu sabah “Şeffild Yunayted”ə qarşı keçirəcək.