Rəşad Sadıqov ailə problemini əsas gətirdi
13.02.2011 - 13:26
Millimizin kapitanı Rəşad Sadıqovun “Əskişəhərspor” klubundan ayrılması Türkiyə mətbuatının da diqqətindən yayınmayıb. Apasport.az saytının məlumatına görə, həmkarlarımız 29 yaşlı müdafiəçimizin klub prezidenti Halil Ünalla görüşünün həlledici olduğunu iddia edirlər.
Onların yazdığına görə, Sadıqov türkiyəli futbol funksionerinə ailə problemləri üzündən Azərbaycana qayıtmaq istədiyini deyib. Ünal da futbolçumuzu anlayışla qəbul edərək, müqavilənin qarşılıqlı şəkildə pozulmasına razılıq verib.
Qeyd edək ki, Sadıqovun yenidən “Qarabağ”da oynaması üçün klubun direktoru Əmrah Çəlikəl və baş məşqçi Qurban Qurbanov Əskişəhrə yollanmışdılar.

0
0