171 gündən sonra
13.02.2011 - 14:15
171 gündən sonra
Bu gün keçirilən “Qarabağ” – “Qəbələ” matçı Azərbaycan millisinin futbolçusu Rəşad Sadıqovun Ağdam təmsilçisinə qayıdışı ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, son yarım ildə Türkiyənin “Əskişəhərspor” klubunda çıxış edən və heyətə düşməkdə çətinlik çəkən 29 yaşlı müdafiəçi 171 gündən sonra “Qarabağ”ın formasını geyinib.

O, ağdamlıların heyətində sonuncu dəfə ötən il avqustun 26-da Almaniyanın “Borussiya” (Dortmund) klubu ilə Avropa Liqasının Bakıdakı matçında meydana çıxmışdı. Sadıqovun Azərbaycan Premyer Liqasına qayıdışı isə 175 gün sonraya təsadüf edib. Belə ki, müdafiəçi avqustun 22-də MOİK-lə qarşılaşmada iştirak etmişdi.