“Neftçi” ilə oyunda potensialımızın 60 faizini göstərdik”
13.02.2011 - 20:59
"Bu gün çempionatın ən güclü iki komandası qarşılaşdı. Gərgin və maraqlı oyunun şahidi olduq”. Apasport.az saytının məlumatına görə, bu sözləri "Xəzər Lənkəran" klubunun baş məşqçisi Mirça Rednik deyib.
Rumıniyalı mütəxəssis Azərbaycan Premyer liqasının XX turunun “Neftçi” ilə oyunu haqda fikirlərini açıqlayıb: “Hər iki hissədə fərqli oyun izlədik. Komandamızda yeni futbolçular olduğu üçün uyğunlaşmaq üçün müəyyən vaxta ehtiyacımız var. Bu gün komandamız potensialının yalnız 60 faizini göstərə bildi. Qələbə qazana bilməsək də, bərabərlik də yaxşı nəticədir. Bizi bu soyuq havada dəstəkləyən azarkeşlərimizə minnətdarlığımı bildirirəm".
Qeyd edək ki, “Neftçi” – “Xəzər Lənkəran” oyununda qapılara qol vurulmayıb – 0:0.
Mənbə: pfl.az

- Estakio qələbə qolunu vurdu: Matçın ən yaxşısı seçildi
- Diomande qərarını verdi - PSJ-yə keçmək istəyir
- Levandovski MLS-ə gedir - “Çikaqo Fayr”la razılaşdı
- Cənubi Koreyada DÇ fiaskosuna dövlət müdaxiləsi - Prezident araşdırma tələb etdi
- “Qalatasaray” Sançez üçün "qapını açdı" - Təklif gələrsə, satıla bilər
0
0