“Mənə başa salsın görüm, niyə Azərbaycanla oynamaqdan imtina etdi”
14.02.2011 - 09:47
Çernoqoriya milli komandasının baş məşqçisi Zlatko Krançar Türkiyənin Antalya şəhərinə yollanıb. Apasport.az saytının məlumatına görə, səfərin məqsədi Azərbaycan yığması ilə ötən il noyabrın 17-də keçirilən yoldaşlıq oyunu ilə bağlıdır. Belə ki, Krançar həmin matçda oynamaqdan imtina edən Rusiya “Spartak”ının (Moskva) futbolçusu Nikolay Drinçiçlə danışıqlar aparmaq fikrindədir: “Mən onu yığma karyerasını davam etdirməyə inandırmağa çalışacaq. Düşünürəm ki, ortaq məxrəcə gələ biləcəyik və o, yığmada oynamağa razılıq verəcək. Nikolay Azərbaycanla matça gəlməkdən imtina etmişdi. İndi mən bilmək istəyirəm ki, niyə? Qoy məni başa salsın”.
Qeyd edək ki, Drinçiçsiz çernoqoriyalılar yığmamızı 2:0 hesabı ilə məğlub ediblər.
Qeyd edək ki, Drinçiçsiz çernoqoriyalılar yığmamızı 2:0 hesabı ilə məğlub ediblər.
0
0