“Bakı” ilə heç-heçəni qənaətbəxş nəticə saymaq olar”
14.02.2011 - 11:50
“Bakı” ilə heç-heçəni qənaətbəxş nəticə saymaq olar”
“Azərbaycana gəldikdən son Bakını bir qədər gəzdim və paytaxtınızı çox bəyəndim. Mənim üçün bu ölkədə futbol oynamaq çox xoş olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Salyanın “Muğan” klubunun futbolçusu Con Pelu deyib.

29 yaşlı burkina-fasolu hücumçu klubunun rəsmi internet saytına verdiyi açıqlamada Premyer Liqanın XX turunun “Bakı” ilə oyunu haqda da danışıb: “Buranın insanları həqiqətən çox qonaqpərvərdir. Şənbə günü iştirak etdiyim oyun məndə futbolunuz haqda müsbət təəssürat oyatdı. Həqiqətən həyəcan dolu bir oyun baş verdi. Məncə, “Muğan” çox əzmkar oyun nümayiş etdirdi. Hətta hesabda önə keçmək şanslarımız da az olmadı. Lakin düşünürəm ki, nəticəni qənaətbəxş hesab etmək olar. İndi əsas məqsədimiz növbəti oyuna hazırlıqdır”.

Qeyd edək ki, “Bakı” – “Muğan” oyunu 1:1 hesabı ilə başa çatıb.
0