“Qarabağ” buna imkan vermədi”
14.02.2011 - 18:15
“Gözlənilməz olsa da, olmasa da başımıza gəldi. Futbolda belə şeylər olur”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun hücumçusu Arif İsayev deyib.
Cari mövsümdə etibarlı müdafiəsi ilə seçilən, hətta 10 oyunda qapısını toxunulmaz saxlamağı bacaran “Qəbələ”nin “Qarabağ”a 0:3 hesabı ilə yenilməsi gözlənilməz oldu. Çünki Toni Adamsın gəlişindən sonra əyalət təmsilçisi müdafiədə inamlı təsir bağışlayırdı.
Qarşılaşma haqda danışarkən, forvard həmin gün pis oynadıqlarını etiraf edib: “Yaxşı oynamadıq. AZAL və “Bakı”nın xal itirdiyi həftədə ilk “altılıq”dakı yerimizi möhkəmlətməli idik. Ancaq “Qarabağ” buna imkan vermədi”.
Ancaq hələ mübarizənin davam etdiyini deyən İsayev qarşıdakı 2 oyundan maksimum xal toplayacaqlarına ümidli olduğunu deyib: “Muğan” və “Gəncə” ilə oyunlarda maksimum xal toplamalıyıq. Bunu bacarsaq, ilk “altılıq”da mübarizəni davam etdirəcəyik”.
Bir müddət əvvəl zədəli olan futbolçu bunun oynamağına mane olmadığını da qeyd edib: “Zədəm yüngül şəkildədir. Oynamağıma mane olmur. Tədricən müalicə prosesi keçirəm”.

0
0