“Mənim komandamın 5 futbolçusu Azərbaycan yığmasına düşdü”
15.02.2011 - 10:20
“Mənim komandamın 5 futbolçusu Azərbaycan yığmasına düşdü”
Azərbaycanın 15 və 17 yaşlılardan ibarət yığma komandasının sabiq baş məşqçisi Oliver Pelzer ölkəmizdəki işini uğurlu sayır. Apasport.az saytının məlumatına görə, az öncə Qazaxıstanın 17 yaşlılardan ibarət yığma komandasının baş məşqçisi təyin edilən almaniyalı çalışdırıcı Azərbaycanda həm uzun müddətli planla bağlı nailiyyət, həm də nəticə qazandığını sayır: “Uğurun 2 növü var. Birincisi uzun müddətli plandır. Mənim komandamın 5 futbolçusu Azərbaycan yığmasına, daha 4-ü isə yüksək liqa klublarına düşdü. Uğurun ikinci növü nəticədir. Komandam iki dəfə Palanqa və Moldovadakı turnirlərdə 2-ci yeri tutdu. Moskva “Spartak”ı ilə Prezident Kuboku – 2009-da əfsanəvi oyunumuzu də unutmaq olmaz. Həmçinin hesab edirəm ki, qrup mərhələsində İngiltərə və Çexiya ilə görüşlərdə bərabər oyunumuzu uğur sayıram”.