76 günlük həsrət: Zəiflər AZAL-ı yüksəkliyə buraxmır
15.02.2011 - 10:57
Bakının AZAL klubu “uğursuzluq zolağı”ndan çıxa bilmir. Apasport.az saytının hesablamalarına görə, “təyyarəçilər” 76 gündür qələbə üzünə həsrət qalıb.
Son 5 oyunda qalib gələ bilməyən Nazim Süleymanovun komandası sonuncu dəfə ötən ilin noyabrın 28-də “Turan”la Tovuzdakı oyunda 3 xal qazanıb – 2:1. Bundan sonra 5 görüşün 4-də heç-heçə edən, 1-də uduzan AZAL 11 xal itirib. Bu isə sonda komandanın uzun müddət turnir cədvəlində qərarlaşdığı 3-cü pilləni itirməsi ilə nəticələndi.
Halbuki, AZAL xal itkilərinə baxmayaraq, uzun müddət mövqeyini qoruyurdu və yalnız ötən turda “Gəncə” ilə evdəki qolsuz bərabərlikdən sonra 3-cü pilləni “İnter”i təhvil verdi.
Hazırda 5-ci olan “təyyarəçilər”in “altılığ”a düşəcəyi uğursuz oyunlara qədər heç kimdə şübhə doğurmurdusa, indi bununla əlaqədar tərəddüd edənlər var. Axı bakılıların son turda “Xəzər Lənkəran” və “Bakı” ilə çətin oyunları qalıb. Düzdür, komandaya “altılığ”a düşməsini rəsmiləşdirmək üçün cəmi 1 xal yetərlidir. Ancaq digər tərəfdən, ilk mərhələnin son 2 turunda məğlubiyyət ona “altılıq”dan kənarda qalmaq bahasına başa gələ bilər.
AZAL indiki çətin vəziyyətinə düşməsinə görə daha çox özünü qınamalıdır. Çünki komanda zəif rəqiblərdə görüşlərdə xeyli yolverilməz xal itkisi ilə üzləşib. Özü də “təyyarəçilər” bu cəhətdən “altılıq”da mübarizə aparan komandalar arasında öndə gedənlərdəndir. Uzun müddət nə qol vura, nə də xal qazana bilən MOİK məhz AZAL-la II dövrədəki görüşdə buna son qoydu – 1:1. Süleymanovun komandası “Gəncə” ilə hər iki oyunda qalib gələ bilməyərək, 4 xal itirdi. “Muğan” isə ötən ilin son oyununda evdə AZAL üzərində əzmkar qələbə qazana bildi – 3:1.
Ancaq əvəzində “təyyarəçilər”in iddialı klubları ilə oyunları heç də pis alınmır. Məsələn, komanda “Qarabağ” və “İnter”lə hər iki dövrədəki oyunda uduzmayaraq, hərəsindən 4 xal ala bildi. Özü də son çempionumuz olan “İnter” tarixində ən böyük hesablı məhz cari mövsümdə AZAL-dan aldı – 0:5. “Təyyarəçilər” “Neftçi” və “Bakı”dan xal ala bilmiş, “Qəbələ” ilə hər iki dövrədəki oyunlarda bərabərliyə qalıb.

0
0