AFFA baş məşqçiyə 17 oyunluq cəza verdi
15.02.2011 - 13:09
Bu gün AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Premyer Liqa və əvəzedici komandaların XX turunda baş verən xoşagəlməz hadisələr müzakirə olunub. Eyni zamanda, I divizionun XIV turu da müzakirə mövzusu olub.
Premyer Liqada yalnız 1 klub cəzalanıb. “Muğan”la matçda 4 futbolçusu sarı vərəqə ilə cəzalanan “Bakı” 1000 manat cərimə olunub.
Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XX turunun MOİK-lə oyununda birbaşa qırmızı vərəqə alan “Turan”ın futbolçusu Cavid Tağıyev 2 oyunluq cəzalanıb və komandasını 1000 manat xərcə salıb.
“İnter” – “Simurq” matçında meydan sahibləri 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 500 manat ödəməli olacaq. Matçın 62-ci dəqiqəsində “Simurq”un üzvü Elçin Süleymanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb və komandasını 2000 manat ziyana salıb.
I divizionunun XIV turunun “Şuşa” ilə qarşılaşmasında 4 futbolçusu sarı vərəqə alan “MKT Araz” 100 manat cərimələnib. “Göyəzən” – “Bakılı” oyunu xoşagəlməz hadisələrlə zəngin olub. Matçın 79-cu dəqiqəsində “Bakılı”nın futbolçusu Samir Quliyev əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb və komandasını 20 manat xərcə salıb. Görüş başa çatdıqdan sonra “Bakılı” klubunun baş məşqçisi Elçin Həsənov geniş kütlə qarşısında AFFA və PFL-in nümayəndələrinin ünvanına nalayiq ifadələr işlədib, oyun hakimlərinə hədə-qorxu gələrək onları təhqir edib. Bu onun 17 oyunluq cəzalanması ilə nəticələnib. “Bakılı” isə 2650 manat cərimə ödəyəcək.
“Energetik” – “Neftçi” İSM matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün onlar hərəyə 100 manat ziyana düşüblər.

0
0