Fariz Nəcəfov: Bizim “altılığ”a düşmək şansımız daha çoxdur
15.02.2011 - 15:16
“Futbolda hər şey olur: qələbə də, heç-heçə də, məğlubiyyət də. “Qarabağ” bizimlə matçda güclü oynayıb qələbə qazandı”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov deyib.
Nəcəfov Premyer Liqanın XX turunun “Qarabağ”la oyunundakı 0:3 hesablı məğlubiyyəti gözlənilməz saysa da, rəqibin gücü ilə əlaqələndirib: “Əlbəttə ki, böyük hesabla məğlub olacağımızı gözləmirdik. Lakin “Qarabağ” bizimlə matça həddən artıq yaxşı hazırlaşmışdı. Bizim komandada isə yeni oyunçuların olması, onların heyətə tam uyğunlaşması özünü göstərdi. Bəzi çatışmazlıqlar var idi ki, onları qarşıdakı matçlarda aradan qaldıracağıq. Məğlubiyyətdən sonra komanda ilə hər hansı söhbət etmədik. Bunun üçün bir səbəb görmədik”.
Klub rəsmisi “altılıq” uğrunda mübarizə aparan komandasını AZAL və “Bakı” ilə müqayisədə daha şanslı sayır: “Hər şeyi qarşıdakı oyunlar göstərəcək. Düşünürəm ki, digər 2 komanda ilə müqayisədə “Qəbələ”nin şansları daha böyükdür. Lakin istənilən halda, son 2 turu gözləmək lazımdır”.
Taleyi öz əlində olan “Qəbələ” “altılığ”a düşmək üçün turnir cədvəlinin ikinci yarısında qərarlaşan “Gəncə” və “Muğan”ı məğlub etməklə istəyinə çata bilər. Lakin vitse-prezident iddiasız rəqiblərlə oyunların asan keçəcəyini düşünmür: “Bunu heç də rəqiblərə görə demirəm. “Gəncə” yaxşı yerli futbolçulardan təşkil olunub, güclü oynayırlar. “Muğan”ın isə “Bakı” ilə oyununu televiziya ilə izlədik. Bu rəqibimiz də kifayət qədər yaxşı komandadır”.

0
0