Vlastimil Petrjelanın cavabını verdilər
15.02.2011 - 16:12
Vlastimil Petrjelanın cavabını verdilər
Qazaxıstan millisinin baş məşqçisi Miroslav Beranek vaxtilə Bakının “Neftçi” klubunda çalışmış həmyerlisi Vlastimil Petrjelanın fikirlərinə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, gənc mütəxəssis futbolçu olduğu vaxt baş məşqçisi olmuş Petrjelanın fikirlərinin zamanla ayaqlaşmadığını düşünür.

Belə ki, “Neftçi”nin sabiq baş məşqçisi “Beranek məğlubiyyətləri ürəyinə salır” deməsi, Miroslavın futbolçu dövrünü xarakterizə edir: “Həqiqətən də mən məğlubiyyətləri həzm edə bilmirəm. Məndə qalib psixologiyası var. Lakin çox hörmət etdiyim cənab Petrjela bu sözləri mən futbolçu olduğum vaxt söyləyib. Həmin vaxt mən onun rəhbərliyi altında oynayırdım. Lakin artıq mən özüm də məşqçiyəm və komandamın məğlubiyyətinə fəlsəfi cəhətdən yanaşmalıyam. Elə mən də indi belə edirəm”.