Fərid Quliyevin “Neftçi”yə qarşı oynamasına qadağa qoyulub
15.02.2011 - 16:47
“Sabiq hücumçumuz Fərid Quliyevin növbəti turda bizə qarşı oynaması mümkün deyil. Buna səbəb isə iki klub arasında imzalanan müqavilənin şərtləridir”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.
Əsədov komandanın rəsmi internet saytına açıqlamasında bildirib ki, Zaqatalanın “Simurq” klubuna icarəyə verilən Fərid Quliyev həftəsonu keçiriləcək qarşılaşmada meydana çıxmayacaq: “Həmin müqaviləyə "Simurq" rəsmiləri imza atıblar, bu isə o deməkdir ki, onlar müqavilənin şərtləri ilə razıdırlar. Bilirsiniz ki, bizim başqa futbolçularımız da "Simurq"da icarə əsasında çıxış edirlər. Onlar əvvəlki oyunlarda komandamıza qarşı mübarizə aparıblar. "Neftçi" bütün görüşlərə yalnız qələbə qazanmaq üçün çıxır. "Simurq"la oyunda da biz 3 xalı qazanmaq üçün meydana çıxacağıq".
Qeyd edək ki, ötən il “İnter”lə “Simurq” arasındakı oyunda da oxşar problem yaranmışdı. Həmin vaxt zaqatalalılar “İnter”ə məxsus olub, bu komandaya qarşı oynamayanların hamısını klubdan qovmuşdu.

0
0