“Bakı”nın futbolçuları həndbol oynadılar
15.02.2011 - 19:05
“Bakı”nın futbolçuları həndbol oynadılar
Azərbaycan Premyer Liqasının XXI turunun "Turan"la səfər oyununa hazırlaşan “Bakı” klubunun axşam məşqi maraqlı səhnələrlə yadda qaldı. Apasport.az saytının məlumatına görə, latviyalı baş məşqçi Aleksandr Starkov komandanı 4 qrup halında çalışdırıb. Zədəli futbolçular - Ernad Skuliç, Stefan Borbikoni, Aleksandar Soliçdən başqa bütün futbolçular meydana çıxıblar.

Əzələsini dartan Rafael Əmirbəyov fərdi məşqlə kifayətlənərkən, əsas heyət oyunçuları məşqin ilk hissəsini həndbol oynamaqla keçirdilər. Braziliyalılar - Jaba və Leandro Roşanın məşqə qatılması əhval-ruhiyyəni daha da artırıb. Futbolçuların əzmkarlıqla çalışması baş məşqçini razı salıb. Yerində müdaxilələr edərək, tövsiyələrini verən Starkov futbolçuları əvvəlcə təbii meydanda, ardından isə qum üzərində çalışdırıb.

Köməkçi məşqçilərdən Novruz Əzimovun futbolçuların bir qrupunu nəzarəti altında topla çalışdırdığı zamanı, digər bir qrup latviyalı İgor Klosovsun rəhbərliyi altında fiziki hərəkətlərin icrası ilə məşğul olub. ”Bakı” "Turan"la oyunun hazırlıqlarını sabah 2 məşqlə davam etdirəcək.

Mənbə: fcbaku.com