Süleymanovun stimulu
16.02.2011 - 00:05
AZAL - "Gəncə" oyununun üstündən 4 gün keçib. Artıq əsəblər səngiyib, emosiyalar sakitləşib. Ancaq mən hələ də Nazim Süleymanovun qolsuz başa çatmış oyundan sonrakı mətbuat konfransında dediklərini unuda bilmirəm.
Hələ legioner həyatı yaşadığı, yığmamızın kapitanı olduğu vaxtdan Nazim bəyi söz sahibi, həqiqət carçısı kimi tanımışıq. O, həmişə düzə düz, əyriyə əyri deyib. Daim səmimiliyi də ona baş ucalığı gətirib. Lakin şənbə günü bəlkə də AZAL-ın baş məşqçisi olmağın məsuliyyət yükü altında Süleymanov əcaib açıqlama verdi. O, konkret olaraq "Gəncə"nin başqaları tərəfindən stimullaşdırıldığını dedi.
Özümdən böyük olduqları üçün məşhur atalar sözünü dilimə gətirməyəcəm. Ancaq doğrusu, bu açıqlama "həmrənglilik və həmxasiyyətlilik" haqda deyimə çox yaxındı. Həmişə belə açıqlamalarla klub prezidenti Vaqif Qasımov çıxış edərdi, indi isə o susur, estafeti Nazim bəy davam etdirir.
Söhbət heç də danışmaqda deyil, ağız həm də ünsiyyət üçündü, yeməklə iş bitməz. Lakin danışanda da sözü ağızdan bişirib çıxarmaq lazımdı.
Süleymanovun iradından belə çıxır ki, AZAL yüksək yerlər uğrunda mübarizə aparırsa, deməli, "Gəncə" mütləq onlara uduzmalıydı. Artıq hakimlərdə səhv tapmayanda məğlubiyyətə don geydirmək üçün belə üsullar fikirləşirlər. Heç kim öz ayıbına kor olmaq, səhvi özündə axtarmaq istəmir. Lap deyək ki, həqiqətən "Gəncə"ni stimullaşdırıblar, bununla onların meydandakı oyunçularının sayı çoxalmır ki. Sən avrokuboklara düşmək üçün oynayırsansa, zəhmət çəkib hamını udmalısan. Bəlkə artıq "altılıq"dan uzaq qalmaq perspektivini hiss etdiyin üçün belə danışırsan?
Bu gün "Gəncə", "Muğan", "Turan" və başqaları həm də ikinci "altılıq" üçün xal ehtiyatını artırmaq üçün çalışır ki, sonradan elitada qalmaq uğrunda mübarizədə çətinliklə üzləşməsin. Heç kimin AZAL-ın "altılığ"a düşməsi üçün özünü fəda edəcəyini gözləməyin. Digər tərəfdən şəxsən mən stimullaşdırmanın tərəfdarıyam. Bu, hakimi, rəqib oyunçunu pulla almaqdan daha şərəfli yoldu. Həm çıxıb öz qazancı, həm də xalı üçün döyüşürlər.
Bilərəkdən məğlub olmaqdansa, "döyüşüb ölmək" daha yaxşı deyilmi? AZAL stimullaşdırılmış komandaların öhdəsində gələ bilmirsə, sabah bunu "sifariş edən" daha güclülərlə necə bacaracaq?
Süleymanov belə səbəblər aramaqdansa, öz komandasındakı problemlərə baxsın. Görəsən, Nazim bəy bir müddət adı "Bakı" ilə yanaşı hallanan Elvin Əliyevin niyə meydana çıxmamasının səbəbini deyə bilər? Yəqin ki, məşqçi aparıcı oyunçusunun zədəli olduğunu dilə gətirəcək. Ancaq inanın ki, bu, yalandı. Əks halda, belə aparıcı oyunçu bir gün öncə əvəzedicilərin çempionatında 23 dəqiqə meydanda olmazdı. Görəsən, zədəli oyunçu burada necə oynayıb?
Doğrusu, Nazim bəy, sizin açıqlamanıza bu cür münasibət bildirmək istəməzdim. Ancaq açıqlamalarınızdan sonra başqa yolum yox idi, bu, mənfi tendensiyaya çevrilə bilər, mən isə belə mənzərəni görmək istəmirəm. Qarşıdakı turda "Turan" "Bakı"dan xal alıb sizin yolunuzu açsa, o zaman paytaxt klubunun baş məşqçisi Aleksandr Starkov da eyni şeyə görə tovuzluları ittiham edər. Həmin zaman isə 2 vəsiqəyə 3 namizəd olduğundan hədəf kimi siz və "Qəbələ" nəzərdə tutulacaq. Və ya qəbələlilər büdrəsə, Toni Adams rəqiblərinin "Bakı" və AZAL tərəfindən stimullaşdırıldığını üstüörtülü şəkildə bildirər.
Ancaq heç də hamı sizin kimi kölgəsində qorxmur. Həmin Starkov "Muğan"la görüşdəki xal itkisinə obyektiv qiymət verdi: rəqibin yaxşı oynadığını, öz problemlərinin olduğunu dedi. Siz də bəhanə yox, səbəb göstərin.
CAVAD, “Ekspressfutbol” qəzeti

0
0