“Xalqımızı yeni qələbələrlə sevindirməyə çalışacağıq”
16.02.2011 - 10:08
“Biz “Birlik kuboku”nu qazandıq və bununla Azərbaycan futbolunun nüfuzunu artırdıq. Azərbaycan Prezidenti İlham Əliyevin bizim qələbəmizi qiymətləndirməsi və bizi qəbul etməsi çox sevindirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “İnter” klubunun qapıçısı Səlahət Ağayev deyib.
O, klubun rəsmi saytına açıqlamasında Azərbaycan Prezidentilə görüş barədə təəssüratlarını bölüşüb: “Buna görə Cənab İlham Əliyevə böyük minnətdarlığımı bildirmək istəyirəm. Bu, biz futbolçular üçün böyük şərəfdir. Biz idmanın inkişafıyla fəal məşğul olan dövlət başçısının qayğısını hiss edirik. Cənab Prezidenti və bütün Azərbaycan xalqını yeni qələbələrlə bundan sonra da sevindirməyə çalışacağıq!”.
Qeyd edək ki, “Birlik kuboku”nin qalibi kimi ölkə Prezidentinin qəbul etdiyi “İnter”in qapıçısı bu yarışdan sonra MOİK-ə keçib.

- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
0
0