Qurban Qurbanov: 2-3 günə FİFA bu barədə qərar verəcək
16.02.2011 - 11:47
“İlqar Qurbanovu transfer etmişik. Onun adını yaxın günlərdə sifariş vərəqəsinə daxil ediləcəyik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
Qış “transfer pəncərəsi” zamanı heyətini gücləndirməyə çalışan “Qarabağ” 4 futbolçu ilə münasibətlərini rəsmiləşdirib. Yığmamızın sabiq yarımmüdafiəçisi İlqar Qurbanov da əyalət təmsilçisi ilə müqavilə bağlasa da, komanda onun xidmətindən istifadə edə bilmir.
Səbəbinə gəldikdə, baş məşqçi futbolçunun sabiq klubu “Mersin İdman Yurdu” ilə problemlərinin olduğunu bildirib: “İlqar sabiq komandasından narazılıqla ayrılıb. O, klubundan şikayət edib. Yaxın 2-3 gün ərzində FİFA məsələ ilə bağlı qərarını açıqlayacaq. Fikrimcə, burda elə də ciddi problem yoxdur. İlqar bizə kömək edə biləcək”.

- Paraqvayda tarixi qələbəyə xüsusi qərar - 30 iyun rəsmi tətil elan edildi
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
0
0