AZAL-da qalmaqal: Nazim Süleymanov “gedirəm” dedi
16.02.2011 - 18:24
AZAL-da qalmaqal: Nazim Süleymanov “gedirəm” dedi
Bakının AZAL klubu xoşagəlməz halla qarşılaşıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin baş məşqçisi Nazim Süleymanov və köməkçiləri istefa vermək fikrinə düşüblər.

Buna Azərbaycan Premyer Liqasının XX turunun “Gəncə” ilə qarşılaşması səbəb olub.

Belə ki, 0:0 hesabı ilə bitən və “təyyarəçilər” üçün qızıla bərabər olan 2 xalın “uçmasından” sonra klub prezidenti Vaqif Qasımov məşqçilər korpusunu bir araya yığaraq, onlarla ciddi söhbət edib. Lakin onun ittihamları ilə barışmayan çalışdırıcılar buna etiraz ediblər.

Məşqçilər korpusu hətta komandadan getməyə hazır olduğunu da bildirib. Lakin onların istefa haqda düşündüyünü eşidən Qasımov vəziyyəti daha da qəlizləşdirməmək üçün otağı tərk edib.

Məsələyə münasibət bildirən komandanın mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov isə xəbəri təkzib edib.

Qeyd edək ki, AZAL “Gəncə”ni məğlub etsəydi “altılığ”a vəsiqəni təmin edəcəkdi.