18 medaldan 7-si qızıl
17.02.2011 - 00:07
Estoniyanın Tartu şəhərində keçirilən "Miss Valentina-2011" beynəlxalq turniri Azərbaycan gimnastları üçün uğurlu olub. Apasport.az saytının xəbərinə görə, turnirin fərdi və qrup komanda yarışlarına qatılan idmançılarımız vətənə 7-si qızıl əyarlı olmaqla 18 medalla dönüblər.
Həmyerlilərimiz arasında ən yaxşı nəticəni yenə yığmamızın lideri olan Aliyə Qarayeva göstərib. Ötən ilin axırlarında Moskvada keçirilən dünya çempionatının fərdi yarışlarında 3 bürünc medal qazanan Aliyə indi 3 qızıl və 1 bürünc medal qazanaraq, uğurlarının təsadüf olmadığını sübut edib. Həlqə, top və gürzlərlə nümayiş etdirdiyi hərəkətə görə birinci yeri tutan Aliyə lentlə üçüncü olub.
Digər tanınmış gimnastımız Anna Qurbanova halqa və lentlə nümayiş etdirdiyi hərəkətə görə gümüş medal qazanıb. Zeynəb Cavadlı və Samirə Mustafayeva isə müvafiq olaraq, top və həlqə ilə 5-6-cı yerləri öz aralarında bölüşüb. Heyətində Anastasiya Prosalova, Ceyla Quliyeva, Cəmimlə Hüseyneova, Ayelita Xələfova, Səbinə Abbasova, Stefani Trayanovadan ibarət olan qrup hərəkətləri üzrə əsas yığmamız 3 lent/2 həlqəylə nümayiş etdirdiyi hərəkətə görə gümüş, 5 topla isə bürünc medala layiq görülüb.
Heyəti Jalə Qaratova, İradə Əhədzadə, Mənsurə Mehdiyeva, Mədinə Həsənova və Aliyə Paşayevadan ibarət olan "Neftçi" klubu da turnirdə uğurla çıxış edib. 5 topla çıxış edən "Neftçi" hakimlər tərəfindən yüksək qiymətləndirilərək, gümüş medal qazanıb. Yeniyetmə gimnastlarımız da uğurla çıxış edərək, vətənə medallarla dönüblər. 13 yaşlılar arasında mübarizə aparan Gülsüm Şəfizadə lentlə hərəkətə görə qızıl, həlqəylə isə gümüş medala layiq görülüb. Onun həmyaşıdı olan Ləman Dadaşlı isə gürzlərlə hərəkətinə görə bürünc medal qazanıb. 1999-cu il təvəllüdülü Ləman Həsənzadə isə həm gürzlərlə, həm də topla üçüncü yeri tutub. 11 yaşlıların yarışına qatılan Ruqiyyə Səttarovaya gəlincə, o alətsiz hərəkətlərinə görə birinci, Leyli İbadova isə üçüncü yeri tutub. 7 yaşlı Lala İbrahimova həm alətsiz, həm də həlqə ilə nümayiş etdirdiyi hərəkətə görə qızıl medala layiq görülüb.

0
0