Roberto Karlos rəsmən “Anji”də!
17.02.2011 - 09:31
Roberto Karlos rəsmən “Anji”də!
Dünya şöhrətli braziliyalı futbolçu Roberto Karlosun Rusiyanın “Anji” klubuna keçidi nəhayət, rəsmiləşib. Apasport.az saytının məlumatına görə, Mahaçqala təmsilçisi 38 yaşlı sol cinah müdafiəçisi ilə müqavilə imzaladığını rəsmən elan edib. Anlaşma 2,5 illik nəzərdə tutulub. Bu da onunla bağlıdır ki, növbəti Rusiya çempionatı keçid olaraq, il yarım davam edəcək. Karlos ilinə 6,5 milyon avro almaqla, Rusiyada ən yüksək ödənişli futbolçusu olacaq.

Qeyd edək ki, Roberto gələn ayın ilk 10 günlüyündə “Anji”ninn heyətində Bakıda təlim-məşq toplanışında olacaq. Bu şənbə Mahaçqala təmsilçisinin düşərgəsinə gələcək Karlos həmyerlilərimiz – futbolçu Mahir Şükürov, məşqçi Vaqif Sadıqov və komandanın rəisi Emin Ağayevlə birgə heyətdə yer alacaq.