“Mən Starkov haqda yalnız xoş sözlər deyə bilərəm”
17.02.2011 - 10:06
“Mən Starkov haqda yalnız xoş sözlər deyə bilərəm”
“Aleksandr Starkov “Skonto”ya gələn kimi lazım olmayanları dərhal çıxardı. Özü də onlar təcrübəli, vacib futbolçular idi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya MOİK-inin yeni transferi Aleksandr Tsaunya deyib.

Latviyalı yarımmüdafiəçi “Bakı”nı çalışdıran həmyerlisi Aleksandr Starkovu “Skonto” klubunda və Latviya yığmasında rəhbərliyi altında oynadığı dövrdən yaxşı tanıyır.

Aleksandr təcrübəli mütəxəssislə keçmiş komandasında birgə işlədiyi dövrü xatırlayıb: “Starkov gənclərdən ibarət komanda qurmağa başladı. Əvvəl adama gəlirdi ki, avrokuboklarda uğursuzluğa düçar olduğumuzdan bədbəxtlikdir. Ancaq sonradan birdən çempionatda qızıl medal qazandıq!”.

Rusiyada bəziləri Starkovu Moskva “Spartak”ında işlədiyi dövrdən sonra sevmirlər. Ancaq Tsaunya bunu düzgün saymır: “Mən Starkov haqda yalnız xoş sözlər deyə bilərəm. Bu sözlərim yığmada da aiddir. Mən artıq 4-5 ildir orada oynayıram. Starkovla həm klubda, həm yığmada həmişə bir-birimizi başa düşürdük”.

Qeyd edək ki, Starkov yanvarda “Bakı”ya gələndən sonra “Skonto”dan getsə də, Latviya yığmasında fəaliyyətini davam etdirir.
0