Roberto Karlos: Azərbaycanlılarla Türkiyədə tanış olacağam
17.02.2011 - 10:40
Braziliyalı dünya çempionu Roberto Karlos azərbaycanlılarla görüşə tələsir. Apasport.az saytının məlumatına görə, Rusiyanın “Anji” klubunun 38 yaşlı yeni futbolçusu həftəsonu Türkiyəyə gələrək, orada təlim-məşq toplanışında olan yeni komandasına qoşulacaq. Məlum olduğu kimi, millimizin futbolçusu Mahir Şükürov “Anji”də oynayır, sabiq baş məşqçisi Vaqif Sadıqov isə ötən aydan komandanın çalışdırıcısı Hacı Hacıyevin köməkçisi kimi çalışır. Millimizin sabiq futbolçusu Emin Ağayev də yaxında karyerasını bitirdikdən sonra uzun illər oynadığı “Anji”yə komandanın rəisi kimi qayıdıb.
Dünyada məşhur olan Karlos “Anji” haqda internetdən məlumat toplayarkən, bizimkilərlə də tanış olsa, bu prosesi sonraya saxlayıb: “Mənim “Anji”nin prezidenti ilə söhbətim oldu. Onun sözləri məni tez inandırdı. Mən güclü çempionata yollanıram. Rusiya çempionatı Braziliyaya oxşayır. Həftəsonu Türkiyəyə uçuram. Orada yeni komandam qərarlaşıb. Türkiyədə məşqçilər, futbolçularla tanış olacağam. Artıq internetdən “Anji” haqda bəzi məlumatlar toplamışam. Ancaq klub haqda daha çox bilmək istəyirəm”.
Qeyd edək ki, Karlos martın 1-də “Anji”nin heyətində Bakıya 10 günlük təlim-məşq toplanışına gələcək.

0
0