Veliki Azərbaycana gəlir
17.02.2011 - 11:43
Futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin Azərbaycanda keçiriləcək 1-ci qrupun oyunlarına təyinat alan hakimlərin siyahısında dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, UEFA əvvəldən təyinat verdiyi xorvatiyalı Saşa Tomiçin Bakıya gəlməsini məqsədəuyğun saymayıb. Fevralın 24-dən 27-dək keçiriləcək oyunlarda onun yerinə rusiyalı Sergey Veliki təyinat alıb. O, Azərbaycan, İspaniya, Fransa və Qazaxıstan milli komandalarının mübarizəsində fit çalacaq.
Qeyd edək ki, Veliki ilə yanaşı Borut Siviç (Sloveniya), Sergey Drebujan (Ukrayna) və Yan Kresta (Çexiya) da Azərbaycandakı oyunlarda ədaləti qoruyacaq.
Qeyd edək ki, Veliki ilə yanaşı Borut Siviç (Sloveniya), Sergey Drebujan (Ukrayna) və Yan Kresta (Çexiya) da Azərbaycandakı oyunlarda ədaləti qoruyacaq.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0