Kamran Ağayevlə maraqlanan İngiltərə klubunun adı açıqlandı
17.02.2011 - 12:05
“Komandamız Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olduğu zaman bir çox menecerlər bizim məşq və oyunlarımızı izləyirdilər. Elə Kamran Ağayevin İngiltərədə oynamaq variantı da həmin vaxt ortaya çıxdı”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun rəisi Səməd Mustafayev deyib.
O, 25 yaşlı qapıçı ilə maraqlanan İngiltərə Premyer Liqa təmsilçisinin adını açıqlayıb: “Həmin vaxt 1 türk menecer bizə yaxınlaşdı. Kamranla maraqlanırdı. Qapıçımıza Avropa klublarının marağı olduğunu söylədi. Bir neçə gün sonra yenə gəldi. Menecerdən məsələnin təfərrüatını öyrənməyə çalışdıq. O, İngiltərənin məşhur “Aston Villa” klubunun Ağayevi heyətində görməkdə maraqlı olduğunu dedi. Bu məsələ ilə bağlı bizimlə əlaqə saxlayacaqlarını söyləyib getdi. Lakin sonra ondan səs çıxmadı. Ola bilər ki, britaniyalılar mövsümün başa çatmasını, yay “transfer pəncərəsi”ni gözləyirlər”.
Qeyd edək ki, Birmingemi təmsil edən “Aston Villa” 1982-ci ildə Çempionlar Kubokunun qalibi olmaqla, Avropanın ən yaxşı klubu adını qazanıb və ardından UEFA Superkubokunun sahibi olub.

0
0