İngilis klubunun Kamran Ağayevə ehtiyacı varmı?
17.02.2011 - 12:39
Azərbaycan yığmasının və “Xəzər Lənkəran” klubunun futbolçusu Kamran Ağayevi çətin rəqabət gözləyir. Apasport.az saytının məlumatına görə, 25 yaşlı futbolçu onunla maraqlanan İngiltərə təmsilçisi “Aston Villa”ya keçərsə, dünyada tanınmış qapıçı ilə rəqabət aparmalı olacaq.
Belə ki, birminhemlilərin əsas qapıçısı Bred Fridel zəngin karyerası ilə öyünə bilər. 40 yaşlı veteran artıq karyerasının qürub çağını yaşasa da, “Aston Villa”da “1” nömrəni heç kimə vermir.
1992-2005-ci illərdə ABŞ yığmasının şərəfini qoruyan Fridel 3 dünya çempionatında – 1994, 1998, 2002-ci illərin mundiallarında çıxış edib. 1999-cu ildə Konfederasiyalar Kubokunun bürünc mükafatçısı olub.
1995-ci ildə Avropaya – Danimarka “Brondbü”sünə transfer edilən Bred 1995/96 mövsümündə “Qalatasaray”la Türkiyə kubokunu qazanıb. 1997-2000-ci illərdə “Liverpul”, 2000-2008-ci illərdə “Blekbern”də oynayan qapıçı sonuncularla Liqa kubokunu qazanıb, klubun ən yaxşı oyunçusu seçilib və hətta 1 qol da vurub.
2008-ci ildə “Aston Villa”ya keçən Fridel ilk gündən əsas qapıçı olub. 2008-ci ilin yayında Premyer Liqada keçirilən bütün oyunlarda (son 2 mövsümün hərəsində 38, cari çempionatda isə 27) məhz o, meydana çıxıb. Onun 36 yaşlı əvəzləyicisi Endi Marşall isə karyerasının böyük hissəsini aşağı dəstələrdə, ya da ehtiyatda keçirib. Ən böyük uğuru isə gəncliyində U-21-də oynadığı vaxtlarla bağlıdır.
Hər 2 qapıçısı “qoca” olan birminhemlilərin Kamranı transfer etmək istəyi də məhz bununla bağlıdır. Onlarla yanaşı, məşq edən əvəzedici heyətin qolkiperi Elliott Pariş isə hələ Premyer Liqa səviyyəsinə hazır sayılmır. Bu isə o deməkdir ki, “Aston Villa” mütləq qapıçı almalıdır. Potensial namizədlərdən biri isə Ağayevdir.
Düzdür yayda daha 1 amerikalı qapıçı Bred Quzan da komandanın düşərgəsində olacaq. “Hall Siti”də oynayan 27 yaşlı qolkiper icarəyə verilib. ABŞ yığmasının üzvü yayda icarədən geri dönəcək. Lakin son 3 ildə cəmi 9 dəfə meydana çıxan qapıçıya o qədər də güvənmək olmaz.

0
0