“Bu, əsl rüsvayçılıqdır”
                    
                    17.02.2011 - 13:06
                        
                        “Bu məğlubiyyət əsl rüsvayçılıqdır. Biz oyun ərzində rəqibi üstələdiyimizi hiss edirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri İspaniyanın “Barselona” klubunun futbolçusu Xavi deyib.
Dünyanın ən yaxşı yarımmüdafiəçilərindən olan ispaniyalı Çempionlar liqasının 1/8 final mərhələsinin “Arsenal”la İngiltərədəki ilk oyunundan narazı qalıb: “Çoxsaylı imkanlarımızdan yararlana bilmədik ki, 2-ci qolu vuraq. Nə etmək olar? Biz öz işimizi çətinləşdirdik. Barselonadakı oyun daha maraqlı olacaq. Əminəm ki, “Nou Kamp”da inamlı qələbə qazanacağıq. Lakin bu, o demək deyil ki, bizi asan gəzinti gözləyir”.
Qeyd edək ki, “Arsenal” hesabda geridə olduğu matçda 2:1 hesablı əzmkar qələbə qazanıb.

                                0
                                
                                0