Elxan Məmmədov: Dünya çempionatı üçün 4 stadionumuz yetərlidir
17.02.2011 - 13:55
“FİFA nümayəndələri artıq 3-cü dəfədir ölkəmizə səfər edir. Ancaq bu, son olmayacaq. Gələcəkdə də dünya çempionatına hazırlıqla bağlı təşkilati işləri davam etdirəcəyik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri AFFA-nın baş katibi Elxan Məmmədov bu gün keçirdikləri mətbuat konfransında deyib.
Azərbaycanda gələn il 17 yaşadək qızlardan ibarət yığma komandalar arasında keçiriləcək dünya çempionatının yerli Təşkilat Komitəsinin sədri olan Məmmədov AFFA-nın Futbol Akademiyasında keçirilən tədbirdə görülən işlərlə bağlı qısa məlumat verib.
AFFA bu məsul yarışla bağlı 3 stadion inşa etdirir. FİFA bunlardan Mərdəkandakı “Dalğa” İstirahət Mərkəzinin ərazisində inşa edilən stadionun süni örtüyünə ən yüksək sertifikat olan 2 ulduz verib. Baş katib bildirib ki, həmin arenanın açılışı bu il olacaq: “Bayıl və 8-ci kilometr qəsəbəsində inşa etdiyimiz stadionlarda isə gələn il, dünya çempionatına qədər hazır olacaq. Məsul oyunlar “Şəfa” stadionunda da olacaq. Hesab edirik ki, 4 stadion dünya çempionatı üçün yetərlidir. Dünya standartlarına görə dünya çempionatı üçün bu qədər arena və 17 məşq meydançası lazımdır. Bu meydançalardan 10-u var və qalanlarını məsul turnir başlayana kimi hazır edəcəyik. Oyunlar təbii ot örtüyündə də keçirilə bilər, sintetik qazonda da. Dünya çempionatının startına qədər yetərincə vaxtımız var və işləri vaxtında təhvil etməyə çalışırıq”.
Mehman SÜLEYMANOV

0
0