“Azərbaycan millisi ilə oyun daha çox xoşuma gəldi”
17.02.2011 - 14:16
“Azərbaycan millisi ilə oyun daha çox xoşuma gəldi”
Ukraynanın “Metallist” klubunun futbolçusu Sergey Pşeniçnıx Avropa Liqasının 1/16 final mərhələsinin Almaniya təmsilçisi “Bayer”lə ilk oyunu ərəfəsində hazırlığı dəyərləndirib. Apasport.az saytının məlumatına görə, 30 yaşlı müdafiəçi Birləşmiş Ərəb Əmirliklərində keçirilən təlim-məşq toplanışından razı qalıb.

Pşeniçnıx fevralın 2-də Dubayda Azərbaycan milli komandası ilə oyunu xatırlayıb: “Şəxsən mən Azərbaycan milli komandası və Rusiya “Zenit”i ilə oyunları fərqləndirə bilərəm. Hazırlıq dövründə bu matçlar daha çox xoşuma gəldi. Bu rəqiblərlə oyunlar maraqlı və gərgin mübarizə şəraitində keçdi”.

Qeyd edək ki, yığmamız “Metallist”lə oyunda 0:1 hesabı ilə məğlub olub.
0