Yubileyə “top-tüfəng”lə
17.02.2011 - 15:26
Yubileyə “top-tüfəng”lə
Azərbaycan Premyer Liqasının XXI turunun MOİK-lə oyunu Bakının “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze üçün əlamətdar olacaq. Apasport.az saytının hesablamalarına görə, gürcüstanlı mütəxəssis Azərbaycan karyerasında 100-cü – yubiley matçına çıxacaq.

2008-ci il fevralın 17-də paytaxtın digər klubu “Standard”ın “sükanı arxasında” debüt edən Sxadadze Qəbələdən eyniadlı komandaya 0:1 hesabı ilə uduzaraq qayıtmışdı. Lakin həmin debütdən 1098 gün sonra 100-cü matçına çıxacaq mütəxəssis yubileyini Azərbaycan çempionu titulunun sahibi kimi qeyd edəcək.

Belə ki, 2008-ci ildə “Standard”da çalışmış Sxadadze 2009-cu ilin yayında baş məşqçisi təyin olunduğu “İnter”lə ilk mövsümdə ölkə çempionu olub. Bu il isə “Birlik kuboku”nu da titul kolleksiyasına əlavə edib.

Qeyd edək ki, “İnter” fevralın 19-da yubiley oyununu səfərdə keçirməli olsa da, özünün “Şəfa” stadionunda qonaq qismində çıxış edəcək.

Kaxaber Sxadadzenin Azərbaycan karyerası
“Standard”ın baş məşqçisi kimi – 30 oyun

Azərbaycan çempionatı 2007/08 – 13
Azərbaycan kuboku 2007/08 - 2
Azərbaycan çempionatı 2008/09 - 13
Azərbaycan kuboku 2008/09 – 2

“İnter”in baş məşqçisi kimi – 69 oyun

Avropa Liqası 2009/10 – 2
Azərbaycan çempionatı 2009/10 – 32
Azərbaycan kuboku 2009/10 – 6
Çempionlar Liqası 2010/11 – 2
Azərbaycan çempionatı 2010/11 – 20
Azərbaycan kuboku 2010/11 – 1
“Birlik kuboku” 2011 – 6