“Bakı” Bərəkəti itirdi
17.02.2011 - 17:12
Premyer Liqanın XXI turu ərəfəsində “Bakı” klubu daha bir itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin hollandiyalı yarımmüdafiəçisi Adnan Bərəkət də zədəlilər “ordu”suna qoşulub. "Turan"la səfər matçında “Bakı” Bərəkətsiz oynamalı olacaq. Buna legionerin məşqdə zədələnməsi səbəb olub. O, komandanın məşqində əzələsini dartaraq qarşıdakı 1 həftə ərzində müalicə olunacaq.
Mənbə: fcbaku.com
Mənbə: fcbaku.com
0
0