“Xəzər Lənkəran” - AZAL - 9:2
17.02.2011 - 17:33
“Xəzər Lənkəran” - AZAL - 9:2
Azərbaycan Premyer Liqasının növbəti turunda rəqib olacaq “Xəzər Lənkəran” və AZAL klubları tarixlərində 16-cı dəfə görüşəcəklər. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisi “təyyarəçilər”lə oyunlarda böyük üstünlüyə malikdir.

Belə ki, ölkə kubokunu da nəzərə alsaq, arxada qalan 15 matçın 9-u “Xəzər Lənkəran”ın, 2-si bakılıların qələbəsi ilə nəticələnib, 4 oyun isə 3-ü qolsuz bərabərliklə olmaqla, heç-heçə nəticələnib (topların fərqi – 17-8).

AZAL bunadək “Olimpik” və “Olimpik-Şüvəlan” adları ilə çıxış etdiyindən, digər komandalar kimi “Xəzər Lənkəran”la da 3 adda görüşüb. Komandanı rəqibi ilə bağlayan 2 amili xüsusilə qeyd etməyə dəyər.

Əvvəla, “təyyarəçilər” güclülər dəstəsində debüt oyununu 2005-ci ilin avqustun 12-də “Şəfa” stadionunda məhz “Xəzər Lənkəran”la keçirərək, 0:2 hesabı ilə uduzub. “Olimpik”in 2007/08 mövsümündə milli çempionatda 1 illik məğlubiyyətsiz seriyasını da məhz “Xəzər Lənkəran” qırdı – 2:3. Yeri gəlmişkən, “Olimpik” həmin mövsümdə bu görüşədək kubokda da məğlubiyyətini Lənkəranda aldı. “Təyyarəçilər” cənub təmsilçisi üzərində 2 qələbəsindən 1-i həmin mərhələdə evdə qazansa (1:0) da, cavab görüşündə 0:2 hesabı ilə uduzduğundan, kubokda mübarizəni dayandırdı.

Paytaxt təmsilçisi “Xəzər Lənkəran” üzərində çempionatda yeganə qələbəsini də ötən mövsüm “Şəfa” stadionunda 1:0 hesabı ilə əldə edib. AZAL XXI turda fevralın 20-də Lənkəranda ilkə imza atmağa çalışacaq. Belə ki, “təyyarəçilər” “Xəzər Lənkəran”la 7 səfər oyununun heç birində qalib gələ bilməyib.


“Xəzər Lənkəran” və AZAL klubları arasında keçirilən oyunlar

2005/06 mövsümü
“Olimpik” – “Xəzər Lənkəran” – 0:2
“Xəzər Lənkəran” – “Olimpik” – 1:0

2006/07 mövsümü
“Olimpik” – “Xəzər Lənkəran” – 1:2
“Xəzər Lənkəran” – “Olimpik” – 3:2

2007/08 mövsümü
“Olimpik” – “Xəzər Lənkəran” – 0:0
“Xəzər Lənkəran” – “Olimpik” – 0:0

Azərbaycan kuboku, ¼ final mərhələsi
“Olimpik” – “Xəzər Lənkəran” – 1:0
“Xəzər Lənkəran” – “Olimpik” – 2:0

2008/09 mövsümü
“Olimpik” – “Xəzər Lənkəran” – 0:1
“Xəzər Lənkəran” – “Olimpik” – 0:0

2009/10 mövsümü
“Olimpik-Şüvəlan” – “Xəzər Lənkəran” – 1:0
“Xəzər Lənkəran” – “Olimpik-Şüvəlan” – 2:1

Azərbaycan kuboku, yarımfinal
“Olimpik-Şüvəlan” – “Xəzər Lənkəran” – 1:1
“Xəzər Lənkəran” – “Olimpik-Şüvəlan” – 2:1

2010/11 mövsümü
AZAL – “Xəzər Lənkəran” – 0:1