Qurban Qurbanov yanıldı: 12 klubdan biri çempion olacaq
18.02.2011 - 00:00
“Gəncə”ni analiz edib, oyuna hazırlaşacağıq. Kənar söz-söhbətlərlə işimiz yoxdur”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
Cari mövsümdə Gəncə təmsilçisinə ilk məğlubiyyəti yaşadan “Qarabağ” yenə 3 xal qazanmaq haqda düşünür. Oyunun hazırlığını davam etdirən Qurban Qurbanovun yetirmələri “Qəbələ” üzərindəki qələbənin psixoloji üstünlüyü ilə əyalətə yollanacaq. “Gəncə”nin AZAL-la heç-heçə etməsindən sonra bu komandanı stimullaşdırılması haqda gəzən söz-söhbətə fikir verməyəcəklərini deyən Qurbanov rəqibin gücünün nədə olduğunu müəyyənləşdirəcəklərini bildirib: “Kimin hansı komandanı stimullaşdırması bizi maraqlandırmır. Əsas odur ki, rəqibin gücünü müəyyənləşdirib, ona qarşı mübarizə aparacağıq. Təbii ki, qələbə qazanmaq üçün oynayacağıq”.
Son vaxtlar hər kəs “Qarabağ”dan çempionluq gözləsə də, Ağdam təmsilçisinin nə rəhbərliyi, nə də baş məşqçisi bu haqda açıq nəsə demir. Məsələyə aydınlıq gətirən Qurban Qurbanov gənc futbolçuların hələ tam formalaşmadığını, onların üzərlərində işləməli olduqlarını qeyd edib: “Aydın məsələdir ki, Premyer Liqadakı 12 komandadan biri çempion olacaq. Kim istəməz ki, qızıl medal qazansın? O cümlədən, biz də çempion olmaq istəyirik. Azərbaycanda futbolçular indi-indi yetişir. Onlar ildən ilə təcrübə toplayırlar. Bu gün durub desək ki, bu futbolçular tam hazırdırlar, öz oyunlarını tapıblar və biz çempionluq uğrunda mübarizə aparırıq, özümüzü aldatmış olarıq. Rauf Əliyev, Elvin Məmmədov, Əfran İsmayılov, Maksim Medvedev, Qara Qarayev əsas heyətdə yer alsalar da, çatışmayan cəhətləri yox deyil. İşləməlidirlər, hələ tam formalaşmayıblar. Elə oyunlar var ki, həmin futbolçular sıxıla bilərlər. Ona görə də yavaş-yavaş təcrübələrini artırmalıdırlar”.
Uzun müddətdir zədədən əziyyət çəkən Əfran İsmayılovun dönüşünə də toxunan Ağdam təmsilçisinin çalışdırıcısı yarımmüdafiəçinin istəkli olduğunu qabardıb: “Qəbələ” ilə oyunda Əfranın qol vurmağı bizi aldatmamalıdır. Ancaq meydana çıxmağa çox can atırdı. Yaxşı hazırlaşmışdı. Qol vurmağı psixoloji cəhətdən ona müsbət təsir göstərib. Oyun təcrübəsi baxımından axsayır. Tədricən əvvəlki formasını bərpa edəcəyinə inanıram”.
Qeyd edək ki, Qurbanov “12 komandadan biri çempion olacaq” deməklə, yanılır. Belə ki, çempionatın qızıl medalları uğrunda altı komanda mübarizə aparacaq.

0
0