“Xəzər Lənkəran” üçün şad xəbər
18.02.2011 - 00:02
“Komandamıza gələn yeni həkimlə görüşdüm. O, ayağımdakı gipsi açmağı məsləhət gördü”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun müdafiəçisi Ruslan Poladov deyib.
Komandasının qış fasiləsi zamanı Türkiyədə keçirdiyi təlim-məşq toplanışı zamanı zədələnən və Bakıya erkən dönən futbolçunun təxminən 2 ay yaşıl meydanlardan kənar qalacağı açıqlanmışdı. Ayağına gips qoyulan müdafiəçiyə hətta 45 gün yeriməyi də qadağan etmişdilər. Lakin klubun yeni təyin olunmuş həkimi buna lüzum görməyib: “Həkim müalicə edəcəyini dedi. Hazırda Lənkəranda, klubun bazasındayam və müalicəm davam edir. Gipsi açmışam. Trenajor zalında məşq edirəm. Təbii ki, zədəm olan hissəyə ağırlıq salmıram”.
Futbolçu 10 gün ərzində müalicənin effektini görməyəcəyi təqdirdə, rentgen müayinəsinə ehtiyacın olacağını da bildirib: “Hələ ki, həkimin dediklərini edirəm. 10 günlük müalicədən sonra ağrılarım azalmasa, ayağımı rentgen elətdirəcəm. Bəlkə, heç zədəm bitişmir. Elə cərrahiyyə əməliyyatı olunub-olunmayacağım da bundan sonra bilinəcək”.

0
0