Vəli Qasımov: Hamıya şans veriləcək
18.02.2011 - 00:06
“Oyuna yaxşı başlamadıq. İlk 15 dəqiqədə istədiyimiz oyunu nümayiş etdirə bilmədik. Ancaq tədricən toparlanmağı bacardıq”. Apasport.az saytının xəbərinə görə, bunu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vəli Qasımov deyib.
Millimiz Antalyada təlim-məşq toplanışı çərçivəsində Rusiyanın “Zenit” klubunun 19 yaşlılardan ibarət komandası ilə yoxlama matçında qüvvəsini sınayıb. Qasımov 2:0 hesabı ilə qalib gəldikləri oyun barədə bunları bildirib: “Komandamın oyunundan narazı qaldığımı deyə bilmərəm. Heyətimizə yeni futbolçular qoşulub. Qarşıdakı oyunlarda bütün futbolçulara şans verib komandaya nə dərəcədə faydalı olub-olmadıqlarını müəyyənləşdirməyə çalışacağıq”.

0
0