“Qalatasaray”ın futbolçusu da Mahir Şükürovun yanına gəlir
18.02.2011 - 09:46
Rusiyanın “Anji” klubu daha bir tanınmış futbolçunun keçidini həll etməyə çalışır. Apasport.az saytının məlumatına görə, Mahaçqala təmsilçisi müqavilə imzaladığı braziliyalı dünya çempionu, 38 yaşlı sol cinah müdafiəçisi Roberto Karlosun ardınca “Qalatasaray” klubunun yarımmüdafiəçisi Zvezdan Misimoviçlə ciddi maraqlanır. Artıq Bosniya və Herseqovina yığmasının 28 yaşlı futbolçusu ilə agenti “Anji”nin nümayəndələri ilə danışıqlara başlayıb. Misimoviç Türkiyədən getmək istəyini dəfələrlə bəyan edib. Bu, onu əvəzedici heyətə göndərən rumıniyalı baş məşqçisi Georgi Hacı ilə problemi ilə bağlıdır. Zvezdanın transfer məbləği 9 milyon avrodur.
Qeyd edək ki, millimizin futbolçusu Mahir Şükürov 1 ildən artıq “Anji”də oynayır.
Qeyd edək ki, millimizin futbolçusu Mahir Şükürov 1 ildən artıq “Anji”də oynayır.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0